Rusiya və Ukrayna danışıq qruplarının rəhbərləri təmasdadır- Kreml

Rusiya və Ukrayna danışıq qruplarının rəhbərləri bir-biri ilə təmasdadır.
Redaktor.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, "İstanbul formatı"nda yeni görüşün vaxtı hələlik müəyyən edilməyib.
"Danışıq qruplarının rəhbərləri təmasdadır. Yeni görüşün dəqiq vaxtını hələlik deyə bilmərik", - D.Peskov deyib.