''Putinin ŞƏT sammiti çərçivəsində görüşlərinin qrafiki üzərində iş gedir''- Kreml

 15:35 27.08.2025     83

Rusiya prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçiriləcək sammiti çərçivəsində görüşlərinin qrafiki üzərində iş davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Putinin ŞƏT sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün gözlənilirmi sualına cavabında o, "Çinli dostlarımızın ev sahibliyi edəcəyi tədbirlərə daxil edilməli olan ikitərəfli görüşlərin cədvəli üzərində işləyirik. Hər şey razılaşdırıldıqdan sonra sizə məlumat verəcəyik" deyib.

Avqustun 31-dən sentyabrın 1-dək Çinin şimalında yerləşən Tianjin şəhərində ŞƏT sammiti keçiriləcək. Tədbirdə Rusiya prezidenti Vladimir Putin, 20-dən çox üzv dövlətin rəhbərləri və on beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən