Almaniyada Avropanın ən böyük silah-sursat zavodu açılıb

Almaniyanın müdafiə şirkəti ''Rheinmetall AG Hannover'' yaxınlığındakı Unterlüssdə Avropanın ən böyük sursat zavodunu açıb.
Redaktor.az xəbər verir ki, bu barədə ''Bloomberg'' məlumat yayıb.
Mərasimdə şirkətin baş direktoru Armin Papperger , Almaniyanın müdafiə naziri Boris Pistorius , vitse-kansler Lars Klinqbeyl və NATO-nun baş katibi Mark Rutte iştirak ediblər.
Müəssisənin tikintisinə 2024-cü ildə, zavodun sınaq istismarına isə bu ilin ikinci rübündə başlanılıb. 2027-ci ildən onun ildə 350 min 155 mm-ə qədər artilleriya mərmisi istehsal edə biləcəyi gözlənilir. Sərmayələr 500 milyon avro təşkil edib. 2026-cı ildən müəssisə raket artilleriyasının istehsalına başlamağı planlaşdırır.
Aminə Şahsuvarqızı