“Terrorsuz Türkiyə” Komissiyası 6-cı dəfə toplanacaq

Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” hədəfi ilə yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası sabah 6-cı iclasını keçirəcək.
Redaktor.az xəbər verir ki, toplantıda Türkiyə Barolar Birliyi nümayəndələri iştirak edərək öz təklif və fikirlərini təqdim edəcəklər. Barolar Birliyinin sədri Erinç Sağkanla yanaşı, 10 vilayətin baro sədri də dinləniləcək. Hüquqşünaslar proseslə bağlı ətraflı təqdimatlarla çıxış edəcəklər.
Komissiyanın növbəti iclası isə cümə axşamı keçiriləcək. Həmin toplantıda əvvəlki dövrlərdə vəzifə icra etmiş 11 sabiq Məclis sədrinin mövcud proseslərə dair fikir və tövsiyələri dinlənəcək.
Nuriyyə NATİQQIZI