Rusiya və Çin gəmiləri Asiya-Sakit Okean hövzəsində patrul xidməti keçirdi

Rusiya Hərbi Dəniz Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin (PLA) sualtı qayıqları Asiya-Sakit Okean Bölgəsinin sularında ilk birgə patrulunu həyata keçirib.
Redaktor.az bu barədə Sakit Okean Donanmasının mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, sualtı patrul avqust ayında Yaponiya dənizi akvatoriyasında Rusiya-Çin “Dəniz Qarşılığı - 2025” təlimi başa çatdıqdan sonra başlayıb.
Sonra Sakit Okean Donanmasının dizel-elektrik sualtı qayığı Volxov və PLA Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı Yapon dənizi və Şərqi Çin dənizində razılaşdırılmış patrul marşrutu üzrə yola çıxıb. Məlumatda deyilir ki, birgə tapşırıqları yerinə yetirdikdən sonra onlar öz bazalarına yollanıblar.
Aminə Şahsuvarqızı