Üç Aİ ölkəsi İrana qarşı sanksiyaları bərpa edə bilər

 18:00 27.08.2025     69

Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər.

Redaktor.az xəbər verir ki, bu barədə ''Reuters'' məlumat yayıb.

Bu qərar Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluğa düçar olması səbəbindən verilə bilər .

Bu ölkələrin hakimiyyət orqanları qərarları barədə BMT Təhlükəsizlik Şurasına yazılı məlumat verməyi planlaşdırır. Mənbə qeyd edir ki, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa olunacaq.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən