Yaponiya və ABŞ orta mənzilli raketlərin yerləşdirilməsi üzrə təlim keçirəcək

Tokio və Vaşinqton Yaponiyanın İvakuni şəhərindəki ABŞ hərbi bazasında “Typhon” orta mənzilli raket sisteminin yerləşdirilməsi üçün təlimlər keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Təlimlər 11-25 sentyabr tarixlərində baş tutacaq. Bu, "Typhon" sistemlərinin Yapon torpağında ilk dəfə yerləşdirilməsi olacaq.
Aminə Şahsuvarqızı