“Avropa üçlüyü” İrana sanksiyaların bərpası prosesinə BAŞLAYIR

 11:21 28.08.2025     73

“Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) ABŞ dövlət katibi Marko Rubioya bu gün İrana qarşı sanksiyaları bərpa edəcəklərini bildiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə adı açıqlanmayan üç mənbə “Axios”a məlumat ötürüb.

Qeyd edək ki, dünən “Reuters“ə verilən məlumatda, İrana qarşı sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizminin işə salınmasının böyük ehtimalla bu gün başlayacağı bildirilmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən