Keçmiş səfir Baş nazirin baş müşaviri təyin edilir

 14:00 28.08.2025     107

Lilit Makunts Ermənistan baş nazirinin baş müşaviri təyin ediləcək.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 28-də hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Makuntsun ABŞ-dakı səfir kimi səlahiyyət müddəti yenicə başa çatıb. Avqustun 22-də o, geri çağırılıb.

Keçmiş əmək və sosial məsələlər naziri Narek Mkrtçyan isə Ermənistanın ABŞ-dakı yeni səfiri təyin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən