Finlandiya Kalaşnikov avtomatlarından imtina etmək qərarına gəldi

 14:14 28.08.2025     97

Finlandiya ordusu qərb analoqlarının xeyrinə Kalaşnikov avtomatlarından imtina etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Finlandiyanın ''Yle'' portalı məlumat yayıb.

Məlumata görə, Finlandiyanın Sako şirkətinin Finlandiya və İsveç orduları ilə birgə hazırladığı ''Sako ARG'' avtomat tüfəngi AK-47 bazasında olan hücum tüfənglərini əvəz edə bilər. Onun 7,62 mm və ya 5,56 mm kalibrli üç modifikasiyada istehsalı planlaşdırılır.

Tüfəngin ilk çöl sınaqları 2026-cı ilin yazına icra olunacaq.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən