İsveç və Hollandiya Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırdı

İsveç və Hollandiya Avropa İttifaqını ( Aİ ) Qəzza zolağında baş verən humanitar böhran fonunda İsrail və HƏMAS-a qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə ''Sveriges Radio'' məlumat yayıb.
Məlumata görə, bu ölkələrin xarici işlər nazirləri Aİ diplomatiyasının rəhbəri Kaya Kallasa müvafiq məktub göndəriblər.
Məqalədə deyilir: “İsveç və Hollandiya məktubda Qəzza zolağında humanitar böhranın aradan qaldırılması üçün Aİ-nin İsrail və HƏMAS-a qarşı sanksiyalar tətbiq etməsini tələb edir.
Məktubda HƏMAS-ın siyasi rəhbərliyinə qarşı sanksiyaların tətbiqindən, həmçinin İsraillə ticarət əlaqələrinin dondurulmasından bəhs edilir. Bundan əlavə, sənəd İordan çayının qərb sahilini işğal etmək planını dəstəkləyən “ekstremist düşüncəli” israilli nazirlərə qarşı şəxsi məhdudiyyətlərin tətbiqini tələb edir.
Aminə Şahsuvarqızı