Hollandiya kəşfiyyat xidmətlərinə haker hücumu oldu

 17:11 28.08.2025     69

Hollandiya provayderləri çinli hakerlər ''Salt Typhoon'' tərəfindən kiberhücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) məlumat yayıb.

“Hədəf böyük telekommunikasiya provayderləri deyil, daha kiçik internet və hostinq provayderləri idi”, - deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, çinli hakerlər cinayət əməlləri nəticəsində bu provayderlərə məxsus marşrutlaşdırıcılara giriş əldə ediblər. Lakin hakerlər provayderlərin daxili şəbəkələrinə nüfuz edə bilməyiblər və şəxsi məlumatları oğurlaya bilməyiblər.

Kəşfiyyat agentliyi əlavə edib ki, hücum mülki telekommunikasiya sektorunu hədəf alan “çox böyük Çin kibercasusluq kampaniyasının bir hissəsidir”.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən