AK rəhbəri Trampa Kiyevdə Aİ missiyasının binasına dəyən zərər barədə danışdı

 17:37 28.08.2025     64

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampa Rusiya Silahlı Qüvvələrinin zərbəsindən sonra Aİ-nin Kiyevdəki missiyasının binasına dəyən ziyan barədə danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə siyasətçi X sosial şəbəkəsində məlumat verib.

“Mən Vladimir Zelenski və ABŞ prezidenti ilə Kiyevə edilən kütləvi zərbə haqqında danışdım  və bu, Kiyevdəki missiyamıza da təsir etdi”,- deyə o, qeyd edib.

AK rəhbərinin sözlərinə görə, Brüssel Kiyevi Ukraynanın ehtiyac duyduğu təhlükəsizlik təminatı ilə təmin etmək niyyətindədir.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən