İranla birbaşa dialoqa hazırıq - Rubio

ABŞ İranın nüvə dosyesindəki fikir ayrılıqlarını həll etmək üçün birbaşa dialoqa hazırdır.
Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Birləşmiş Ştatlar İranın nüvə probleminin sülh yolu ilə və davamlı həllinə nail olmaq üçün İranla birbaşa əlaqə saxlamağa hazırdır”, - o bildirib.
Rubio İran liderlərini ölkələrinin heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək, sülh yolu ilə getmək və İran xalqının rifahını təşviq etmək üçün lazımi addımları atmağa çağırıb.