İsrail "Hizbullah"ın komandirini MƏHV ETDİ

 22:07 29.08.2025     365

Livanın cənubundakı Nəbatiyə şəhəri yaxınlığında İsrailin pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində "Hizbullah" komandiri öldürülüb.

Redaktor.az yerli KİV-ə istinadən xəbər verir.

Öldürülən Əhməd Naim Maatuk daha əvvəl 2024-cü il sentyabrın 17-dəki kiberhücum zamanı sui-qəsd cəhdinin hədəfi olub.

Məlumata görə, Maatuk Kfar Sir və Sir əl-Qərbiyyə qəsəbələri arasındakı magistral yolda avtomobil idarə edərkən İsrailə məxsus pilotsuz uçuş aparatları tərəfindən izlənilib.

Onunla yanaşı ölən və yaralananlar barədə məlumat yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən