Ərdoğan Pezeşkianla da görüşəcək

 23:18 29.08.2025     366

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla da görüş keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 31 avqustda keçiriləcək görüşdə ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bundan öncə Ərdoğanın Kreml rəhbəri Vladimir Putinlə görüşəcəyi açıqlanmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən