Husilər Yəmənin baş nazirinin öldüyünü təsdiqlədi

 19:00 30.08.2025     483

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər, baş nazir Əhməd Qalib ər-Rahavinin İsrail ordusunun zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib.

Bu barədə Redaktor.az xarici KİV-ə istinadən xəbər verir.

Hərəkat üsyançı baş nazirlə birlikdə onun bir neçə nazir yoldaşının da öldürüldüyünü qeyd edib, lakin onların adları açıqlanmayıb.

Avqustun 29-da İsrail Müdafiə Ordusu Yəməndə husilərin baş qərargah rəisi və müdafiə nazirinin yerləşdiyi hərbi obyektə zərbə endirdiyini təsdiqləyib.

Vumart və Güvən reklamı Vumart Güvən