Türkiyədə ağır yol qəzası oldu- Bir nəfər öldü, 16 nəfər yaralandı
Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası olub.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, Diyarbəkir-Eğil yolunda mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onlardan üçünün durumu ağırdır.













