Bu ölkə Ukrayna vətəndaşlarını deportasiya etdi

 11:59 31.08.2025     307

Polşa Sərhəd Xidməti ölkədə ictimai təhlükəsizliyə və asayişə təhdid yaradan 15 Ukrayna vətəndaşını ölkədən çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər məcburi qaydada sərhədə gətirilərək Ukrayna tərəfinə təhvil verilib.

Məlumata görə, ölkədən çıxarılan Ukrayna vətəndaşları bir neçə dəfə cinayət və hüquq pozuntularına görə mühakimə olunublar.

Deportasiya edilənlər Polşada qalması arzuolunmaz olan şəxslərin siyahısına əlavə edilib. Onlara 5 ildən 10 ilədək müddətə Polşaya yenidən giriş qadağası qoyulub.

Vumart və Güvən reklamı Vumart Güvən