Trampın oğlu prezidentliyə namizəd ola bilər

 16:22 31.08.2025     345

Ağ Ev rəhbəri Donald Trampın oğlu Erik Tramp gələcəkdə ABŞ Prezidenti postuna namizəd ola biləcəyini istisna etməyib.

Redaktor.az xəbər verir ki, E.Tramp bu barədə Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində deyib.

"Mən "yox" demirəm, amma "hə" də demirəm", - o bildirib.

E.Tramp hazırda "World Liberty Financial" kriptovalyuta şirkətini idarə edir.

Trampın özü avqustun 5-də bildirib ki, böyük ehtimalla bir daha prezident seçkilərində iştirak etməyəcək. ABŞ Konstitusiyası eyni şəxsin iki dəfədən artıq dövlət başçısı vəzifəsinə seçilməsini qadağan edir.

Vumart və Güvən reklamı Vumart Güvən