Kurskda iki nəfər mina partlayışı nəticəsində həlak oldu
Kursk vilayətinin sərhəd bölgəsində iki nəfər mina sahəsində baş verən partlayış nəticəsində həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, 38 və 28 yaşlarında olan iki nəfər Kurs vilayətinin Popovka kəndi yaxınlığında mina sahəsində baş verən partlayış nəticəsində hadisə yerində dünyasını dəyişib.













