Tramp Nobelin Sülh Mükafatını arzulamadığını açıqladı

 12:40 02.09.2025     252

Tramp Nobelin Sülh Mükafatını arzulamadığını bildirib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

ABŞ Prezidenti Donald Tramp The Daily Caller portalına verdiyi müsahibədə bildirib ki, o, Nobelin Sülh Mükafatını almağı arzulamır.

“Xeyr”, -  deyə Tramp müvafiq sual cavabında bildirib.

Prezident həmçinin vurğulayıb ki, onun əsas məqsədi ədalətli rəftar olunmasıdır. Tramp əlavə edib ki, “arzu etmək” sözünü işlətmək düzgün olmazdı və tarixdə heç kimin onun gördüyü işləri etmədiyini qeyd edib.

Trampın sözlərinə görə, onun rəhbərliyi altında yeddi münaqişə, o cümlədən Hindistan və Pakistan arasında gərginlik dayandırılıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən