İsrail ehtiyatda olan əsgərlərin genişmiqyaslı səfərbərliyinə başlayır

 16:43 02.09.2025     305

On minlərlə İsrail Müdafiə Qüvvələrinin (IDF) ehtiyatda olan əsgəri Qəzza şəhərinə hücumda iştirak etmək üçün hesabat verməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ''Qalei Tzahal'' radiosu məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri 40 minə yaxın ehtiyatda olan əsgəri çağıracaq.

Avqustun 29-da İsrail ordusunun sözçüsü Aviçai Edri bildirib ki , İsrail ordusu Qəzza şəhərində hücuma hazırlığa başlayıb və onun kənarında döyüşlərin intensivliyini artırıb.

Avqustun 22-də İsrailin baş naziri Benyamin Netanyahu hərbi komandanlığın Qəzza zolağına nəzarətin qurulması və Fələstinin HƏMAS hərəkatının strukturunu ləğv etmək planlarını təsdiqləyib.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən