Rusiya Serbiyanın müstəqil xarici siyasət kursuna hörmətlə yanaşır - Putin
Rusiya Serbiyanın müstəqil xarici siyasət kursuna hörmətlə yanaşır.
Redaktor.az xəbər verir ki,bunu prezident Vladimir Putin Pekində serbiyalı həmkarı Aleksandr Vuçiçlə görüşündə deyib.
"Biz Serbiyanın sizin rəhbərliyiniz altında yürütdüyü müstəqil xarici siyasət kursunu görür və ona hörmət edirik", - deyən Rusiya lideri Vuçiçlə şəxsən danışmaqdan və həm ikitərəfli, həm də regional məsələləri müzakirə etməkdən məmnun olduğunu vurğulayıb.
Aminə Nəzərova













