“Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır” - Zaxarova
Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, lakin Kiyevdən üç işçi qrupunun yaradılması ilə bağlı təklifə cavab gözləyir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
“Biz Ukrayna tərəfindən Rusiyanın siyasi, hərbi və humanitar məsələlər üzrə üç işçi qrupunun yaradılması barədə təklifinə cavab gözləyirik”, - deyə diplomat qeyd edib.
Aytəkin TOFİQQIZI













