Putin Konqo prezidenti ilə görüşdü

 13:18 03.09.2025     195

Rusiya prezidenti Vladimir Putin Pekində Konqo prezidenti Denis Sassu Nqesso ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə ''RİA Novosti'' məlumat yayıb.

Qeyd olunub ki, siyasətçilər Çinin paytaxtında Dyaoyutay dövlət iqamətgahında görüşüblər.

Bundan əvvəl Putin Özbəkistan lideri Şavkat Mirziyoyev , KXDR sədri Kim Çen In və digər siyasətçilərlə görüşlər keçirib.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən