Zelenski helikopterlə Frederiksenin Danimarkadakı iqamətgahına gəldi
Ukrayna prezidenti Vladimir Zelenski Şimali və Baltikyanı ölkələrin liderləri ilə görüşmək üçün Danimarkaya rəsmi səfərə gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.
O, helikopterlə Danimarkanın baş naziri Mette Frederiksenin iqamətgahına uçub. Səfər zamanı Ukrayna prezidentinin Danimarkanın baş naziri ilə danışıqları planlaşdırılıb.
Məlumata görə, Zelenski həmçinin Skandinaviya və Baltikyanı ölkələrin liderləri ilə sammitdə iştirak edəcək.
Aminə Şahsuvarqızı













