ABŞ "dünyanı köklü şəkildə dəyişdirən" həftəni elan etdi
Şanxay Əməkdaşlıq Təşkilatının ( ŞƏT ) sammiti həftəsi dünyanı kökündən dəyişdi və ABŞ-nin artıq dünya lideri olmadığını açıq şəkildə göstərdi.
Redaktor.az Amerikanın "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Şanxaydakı Şərqi Çin Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Dozef Qreqori Mahoni deyib.
O, ŞƏT-in sammitini şərh edərkən deyib: "Çin mesaj ardıcıllığını yaratmaq üçün əla iş görüb və Si Cinpin, Putin və Modinin bir-birini qucaqlayan imici getdikcə aydınlaşır. Bu həftə dünyanın kəskin dəyişdiyi həftə kimi yadda qalacaq".
Bloomberg yazır ki, sammit “ABŞ-nin rəhbərlik etdiyi dünya nizamına alternativ yaratmaq üçün Si Cinpinin on illik siyasi layihəsinin qələbəsi idi”.
Aminə Şahsuvarqızı













