Rusiya və Vyetnam liderləri Pekində görüşdülər

 16:02 03.09.2025     282

Rusiya Prezidenti Vladimir Putin Pekində Vyetnam Prezidenti Lı Yonq Kıonq ilə Pekində görüşüb.

Redaktor.az xəbər verir ki, məlumatı "TASS" agentliyi yayıb.

"Biz ənənəvi olaraq Rusiyaya dost münasibətləri yüksək qiymətləndiririk, bu, zamanın sınağından çıxmış qardaşlıq münasibətləridir", - deyə Vyetnam lideri bildirib.

Putin qeyd edib ki, son illərdə Rusiya və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlıq intensivləşib.

Kıonq həmçinin rus qoşunlarının Hanoidə keçirilən parad iştirakına görə təşəkkürünü bildirib və Putinin rəhbərliyi altında tərəfdaşlığın inkişaf edəcəyinə əminliyini ifadə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən