''Ukraynanın təhlükəsizliyi Rusiyanın hesabına təmin oluna bilməz''- Putin

 18:00 03.09.2025     258

Ukraynanın öz təhlükəsizlik sistemini seçmək hüququ var, lakin Kiyev bunu Rusiyanın maraqları hesabına etməməlidir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Sentyabrın 4-də Ukrayna üçün təhlükəsizlik təminatlarına və onun gələcək dəstəyinə həsr olunmuş “istəklilər koalisiyası”nın videokonfransı keçiriləcək.  Almaniya kansleri Fridrix Merz vurğulayıb ki, “ən mühüm təhlükəsizlik zəmanəti” Ukrayna Silahlı Qüvvələrinə kifayət qədər dəstəkdir.

Ukrayna lideri Vladimir Zelenski, öz növbəsində, Avropa liderləri ilə gözlənilən görüşlər fonunda respublikanın "gözə çarpan şəkildə gücləndiyini" açıqlayıb.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən