Tramp Ukrayna danışıqlarına yanaşmasını açıqladı

 09:56 04.09.2025     231

ABŞ Prezidenti Donald Tramp deyib ki, onun danışıqlara yanaşması əsas liderləri bir otaqda toplamaq və onlara razılaşma əldə etmək şansı verməkdir.

Redaktor.az xəbər verir ki, bu barədə Amerika lideri ''CBS News''a müsahibəsində deyib.

Ağ Evin rəhbəri qeyd edib ki, o, Rusiya və Ukrayna da daxil olmaqla, bütün münaqişəli ölkələrlə danışıqlara oxşar yanaşmaya sadiqdir.

Həmin müsahibədə Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin hələ sülh sazişi bağlamağa hazır olmadığı barədə fikir bildirib. Eyni zamanda o əlavə edib ki, yaxın vaxtlarda “nəsə olacaq” və vəziyyət dəyişəcək.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən