Zaxarovanın Çində məşhurluğu onun gözəlliyi ilə əlaqələndirildi

 15:25 04.09.2025     219

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Çində onun populyarlığının ABŞ-yə yönəlik tənqidlərindən deyil, gözəlliyindən qaynaqlandığını bildirib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Zaxarovanın sözlərinə görə, bunu ona Çin rəsmilərindən biri deyib. Diplomat zarafatla bunun ABŞ-ın ünvanına səsləndirdiyi tənqidlərə görə olub-olmadığını soruşduğunu, lakin rəsmidən fərqli cavab aldığını qeyd edib:

“Üzümə baxıb sirli şəkildə dedi: ‘Heç də elə deyil. Çünki siz gözəlsiniz’,” -  deyə Zaxarova açıqlayıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən