Bayden yenidən xərçəngdən əməliyyat olundu

 09:28 05.09.2025     222

ABŞ-nin sabiq prezidenti Cozef Bayden yenidən dəri xərçəngi hüceyrələrinin çıxarılması əməliyyatı keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

"Baydenin üzərində dəri xərçənginin ən geniş yayılmış formalarının müalicəsi üçün istifadə olunan Mos əməliyyatı adlanan prosedur keçirilib", - keçmiş ABŞ liderinin mətbuat katibi telekanala bildirib.

Prosedurdan sonra Baydenin bərpa prosesinin yaxşı getdiyi bildirilir.

Onun əməliyyatı nə vaxt keçirdiyi açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən