ABŞ Prezidenti bu gün Oval kabinetdən açıqlama VERƏCƏK

 09:39 05.09.2025     232

ABŞ Prezidenti Donald Tramp sentyabrın 5-də Bakı vaxtı ilə saat 00:00-da Oval kabinetdən açıqlama verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Saat 16:00-da Prezident Tramp Oval kabinetdə bəyanatla çıxış edəcək", - cədvəldə deyilir. Amerika liderinin çıxışının mövzusu dəqiqləşdirilməyib.

Qeyd edək ki, Tramp sentyabrın 5-də rusiyalı həmkarı Vladimir Putinlə yaxın vaxtlarda danışmaq niyyətində olduğunu açıqlayıb.

Tramp Ağ Evdə keçirdiyi brifinqdə "Bəli, edəcəyəm. Çox yaxşı dialoqumuz oldu", - deyib.

Vumart və Güvən reklamı Vumart Güvən