Gürcüstan prezidenti müxalifətçiləri əfv etdi

 11:59 05.09.2025     334

Gürcüstan prezidenti Mixeil Kavelaşvili oktyabrda keçiriləcək yerli hökumət seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçmiş müxalifət partiyası "Lelo - Güclü Gürcüstan"ın liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv etmək qərarına gəlib

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Seçki subyektlərinin qeydiyyatı sentyabrın 4-də başa çatıb.

Kavelaşvili qeyd edib ki, bəzi siyasətçilərin həbsxanada cəza çəkməsinə baxmayaraq, yerli hakimiyyət orqanlarına seçkilər rəqabətli şəraitdə keçiriləcək. Eyni zamanda, o, seçkilərin cinayət törətmiş şəxslər üçün indulgensiyaya çevrilməməli olduğunu vurğulayıb.

Prezident həmçinin xatırladıb ki, məhkumlar əvvəllər onun əfv təklifindən imtina ediblər və o, bunu prezidentlik institutunu alçaltmaq cəhdi kimi qiymətləndirib.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən