"Trampın mövqeyi Avropa dövlətlərinin mövqeyindən fərqlənir" - Peskov
Kreml rəsmisi Dmitri Peskov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyi Avropa dövlətlərinin mövqeyindən fərqlənir.
Redaktor.az bu barədə xarici KİV-ə istinadlə məlumat verir.
“Avropa dövlətləri, mənim fikrimcə, hazırkı mərhələ və vəziyyət, xüsusilə də Ukrayna ilə bağlı məsələlərdə son dərəcə qeyri-konstruktivdir. Onlarla ünsiyyət demək olar ki, yoxdur”, - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, avropalıların etdiyi bütün hərəkətlər Ukrayna hüququnun sülh yolu ilə həllinə yönələn cəhdləri ciddi şəkildə çətinləşdirir.
Aytəkin TOFİQQIZI













