İki Donald arasında mübahisə: “Peşman deyiləm”

 16:01 05.09.2025     255

Polşanın Baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampı “rus agenti” adlandırmasına görə sözlərindən peşman olmadığını bildirib.

Redaktor.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.

“Tramp çətin tərəfdaşdır və mən dediklərimə görə heç vaxt peşman olmamışam”, - o bildirib.

Tusk əlavə edib ki, Polşa ABŞ qarşısında “diz çökməyəcək”, çünki Vaşinqtona hərbi texnika və qoşunların yerləşdirilməsi üçün böyük məbləğlər ödəyir.

Vumart və Güvən reklamı Vumart Güvən