İran və Hindistan arasında kritik telefon əlaqəsi OLDU

 20:37 06.09.2025     511

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə Hindistanın baş nazirinin milli təhlükəsizlik müşaviri Ajit Doval arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və müdafiə sahəsində əlaqələr, eləcə də İranda yerləşən Çabahar limanı layihəsinin inkişafı məsələlərini müzakirə ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən