Elbrus dağında belaruslu turist ÖLDÜ

 11:19 07.09.2025     424

Elbrus dağında belaruslu turist ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, onun cəsədi 2800 metr yüksəklikdə, Terskol şəlaləsi yaxınlığında tapılıb.

Qeyd olunub ki, həmin şəxs xilasedicilərdə qeydiyyatda olmayıb və sentyabrın 3-dən onunla əlaqə itib.

 

Vumart və Güvən reklamı Vumart Güvən