Yəmənin PUA-ları İsraildə DÜŞDÜ

 17:15 07.09.2025     456

Yəməndən göndərilən PUA İsrailin Eylat şəhəri yaxınlığında hava limanının yanında düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirib ki, pilotsuz uçuş aparatı (PUA) İsrailin cənubunda, Eylat şəhəri yaxınlığında yerləşən Ramon hava limanı ərazisində düşüb.

Qeyd edilir ki, PUA Yəməndən buraxılıb. Hərbçilərin məlumatına görə, hava hücumu sirenləri işə düşməyib və hadisə ilə bağlı araşdırma aparılır. Dağıntıların miqyası barədə məlumat açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən