Türkiyədə sosial şəbəkələrin işində problem YARANDI

 11:01 08.09.2025     224

Türkiyədə bu gecədən etibarən sosial şəbəkələrin işində problem qeydə alınıb. 

Redaktor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, istifadəçilər sentyabrın 8-nə keçən gecədən başlayaraq instaqram, yutub, “X”, feysbuk və vatsapda problemlə üzləşiblər. 

Şikayətlərə əsasən, həmin sosial şəbəkələrdə mesajlar gec gedir, eləcə də ana səhifə yenilənmir.

Qeyd olunub ki, sosial media platformalarından, eləcə də rəsmi qurumlardan xəta ilə bağlı hələ açıqlama verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən