Lavrovdan Bakı-İrəvan razılaşmasına REAKSİYA
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-də Bakı ilə İrəvan arasında razılaşmanı Azərbaycan və Ermənistanın suveren hüququ adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində tələbələr qarşısında çıxışında bildirib.
O qeyd edib ki, 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmaları Amerika Birləşmiş Ştatlarından yekunlaşdırmaq qərarına gəliblər:
"Bu, bizim qonşularımızın suveren hüquqlarıdır. Lakin baxmaq lazımdır ki, bu razılaşmalar necə işləyəcək. İrəvan və Bakı arasında razılaşmadan sonra ABŞ-də səslənən coşğulu çığırtılar sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəzlənib”.













