İran diplomatı Misirdə oğurlandı

 22:24 08.09.2025     342

İran Xarici İşlər Nazirliyi keçmiş mədəniyyət attaşesi Əmir Musəvinin Misirdə oğurlandığını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bununla bağlı İran XİN sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqai keçmiş mədəniyyət attaşesi Əmir Musəvinin İraq pasportu ilə ölkəyə daxil olduqdan sonra Misirdə oğurlandığını qeyd edib:

“Biz bu səhər Misirdə Əmir Musəvinin yoxa çıxması xəbərini eşitdik. O, hazırda diplomat deyil. O, əvvəllər mədəniyyət attaşesi vəzifəsində çalışıb. Bizdə olan məlumata görə, Musəvi Misirə İraq pasportu ilə daxil olub. Biz bu məsələni diplomatik kanallar vasitəsilə davam etdirəcəyik".

Vumart və Güvən reklamı Vumart Güvən