Ermənistanda 12 nəfər qidadan zəhərlənib

 00:45 09.09.2025     487

Ermənistanda kütləvi zəhərlənmə baş verib.

Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, Armavirdə zəhərlənənlərdən 8 nəfəri xəstəxanaya yerləşdirilib.

Ermənistan Səhiyyə Nazirliyi onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Bundan əvvəl Qida Təhlükəsizliyi Müfəttişliyi 12 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Armavir tibb mərkəzinə müraciət etdiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən