Üçüncü “Emmy” mükafatını QAZANDI

 14:18 09.09.2025     255

ABŞ-nin keçmiş prezidenti Barak Obama 3-cü dəfə “Emmy” mükafatına layiq görülüb.

Redaktor.az “Deadline”a istinadən xəbər verir ki, o, “Bizim Okeanlar” sənədli filmində səsləndirmə fəaliyyətinə görə “Ən yaxşı səsləndirmə” mükafatını qazanıb.

Məlumata görə, həftə sonu Los-Ancelesdə keçirilən mükafatlandırma mərasiminə qatılmayan Obamanın adından mükafatı amerikalı aktyor Cordan Klepper qəbul edib.

Xatırladaq ki, ABŞ-nin 44-cü Prezidenti Barak Obama daha əvvəl 2022 və 2023-cü illərdə sənədli film layihələrinə görə də “Emmy” mükafatı alıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən