İsrail Qəzza zolağını tamamilə məhv etməklə HƏDƏLƏDİ

 14:09 10.09.2025     230

İsrail Qəzza sektorunu və Fələstin HƏMAS hərəkatını əgər atəşkəs şərtləri və girovların azad olunması tələbləri qəbul edilməsə, tamamilə məhv edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Katz bildirib.

"Əgər HƏMAS İsrailin müharibənin dayandırılması ilə bağlı, xüsusilə bütün girovların azad olunması və silahların təhvil verilməsi tələblərini qəbul etməsə, onlar məhv ediləcək və Qəzza da darmadağın olunacaq”,- deyə o, qeyd edib.

Nazir həmçinin “Alov zirvəsi” adlı əməliyyatdan danışıb və Qətərdə HƏMAS rəhbərliyinin zərərsizləşdiriləcəyini vurğulayıb:

“Düşmənlərin gizlənəcək yeri qalmayıb”.

Xatırladaq ki, 8 sentyabr tarixində İsrail Baş naziri Benyamin Netanyahu Qəzza sektorunda genişmiqyaslı yerüstü əməliyyatın başlanacağını açıqlayıb və sakinləri şəhəri tərk etməyə çağırıb. Onun sözlərinə görə, son günlərdə İsrail qüvvələri HƏMAS tərəfindən istifadə edilən 50 çoxmərtəbəli binanı dağıdıb. Baş nazir bu hərəkətləri yerüstü hərbi manevrin “prelüdiya”sı adlandırıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən