Tramp Rusiyanın PUA-larla Polşanın hava məkanını pozduğunu bildirib

 21:38 10.09.2025     766

ABŞ Prezidenti Donald Tramp Rusiya dronlarının Polşanın hava məkanını pozmasına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

Tramp Rusiyanın PUA-larla Polşanın hava məkanını pozduğunu qeyd edib.

"Rusiyanın Polşanın hava məkanını pilotsuz təyyarələrlə pozması nə ilə bağlıdır? Başlayırıq!", - ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, Polşanın hava məkanı bir gecədə çox sayda Rusiya PUA-sı tərəfindən pozulub.

Polşanın hava məkanına daxil olan 19 PUA-dan üçü vurulub.

Polşada 10 yaşayış məntəqəsində pilotsuz uçuş aparatlarının qalıqları aşkarlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən