İsrailə silah embarqosu tətbiq olunsun - Vaqenknext

 20:52 10.09.2025     284

“Sara Vaqenknext” ittifaqının sədri Sara Vaqenknext Almaniya hökumətini İsrailin Qətərə hərbi zərbəsini pisləməyə və Təl-Əvivə silah tədarükünü qadağan etməyə çağırıb. 

Redaktor.az xəbər verir ki, bu barədə o X səhifəsində yazıb.

"Bu hərbi zərbədən sonra Almaniya hökumətinin silah embarqosunu genişləndirməsi və İspaniya kimi İsrailə qarşı tam silah embarqosu tətbiq etməyin vaxtı çatıb", - Vaqenknext bildirib.

O, həmçinin bildirib ki, Almaniya Fələstini suveren dövlət kimi tanımalıdır.

Vumart və Güvən reklamı Vumart Güvən