Rusiya Ermənistana yeni nümayəndə təyin etdi

 23:24 10.09.2025     265

Rusiyanın baş naziri Mixail Mişustin Sergey Solomini Rusiya Federasiyasının Ermənistandakı ticarət nümayəndəsi vəzifəsinə təyin edib. 

Redaktor.az xəbər verir ki, müvafiq sərəncam rəsmi internet saytında yerləşdirilib.

"Sergey Vladimiroviç Solomin Rusiya Federasiyasının Ermənistan Respublikasında ticarət nümayəndəsi təyin edilsin", - sənəddə deyilir.

Digər qərarla Anna Donçenko xidmət müqaviləsinin müddəti başa çatdığı üçün bu vəzifədən azad edilib.

Vumart və Güvən reklamı Vumart Güvən