“Habertürk” və “Show TV”yə həbs qoyuldu

 09:54 11.09.2025     260

Türkiyənin ''Habertürk'' və ''Show TV'' kanalları dövlət nəzarətinə götürülüb.

İstanbulun Küçükçekmece Prokurorluğu Türkiyənin “Can” Holdinqində əməliyyat keçirib, 10 nəfərin saxlanılması barədə qərar verilib.

Redaktor.az Türkiyə KİV-nə əsasən xəbər verir ki, Habertürk və Show TV də daxil olmaqla Holdinqə aid 121 şirkət dövlət nəzarətinə götürülüb.

Saxlanılanlar “cinayətkar dəstə yaratmaq”da, “qaçaqmalçılıq”da, “dələduzluq”da və “çirkli pulların yuyulması”nda ittiham olunurlar.

Vumart və Güvən reklamı Vumart Güvən